Co Bayden səhra tısbağaları ilə düz gəlmədi...
ABŞ vitse-prezidenti Co Bayden Ağ Evin büdcə xərclərinin azaldılması istiqamətində başlanan kampaniyasına başçılıq edir.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiya Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk növbədə büdcədən maliyyələşən bir neçə sayt Co Baydenin diqqətini çəkib.
Bunların arasında səhra tısbağalarına həsr edilmiş resurs (deserttortoise.gov), eləcə də skripkada ifa edən meşə gözətçilərinin saytı (fiddlinforesters.gov) var. Co Bayden səhra tısbağaları üçün ayrıca saytın fəaliyyət göstərməsini yersiz sayıb: “Mərc edə bilərəm ki, dövlətə vergi qismində ödədiyiniz pulların səhra tısbağalarına həsr edilmiş sayt üçün xərcləndiyindən heç xəbəriniz yox idi. Əminəm ki, bu, heyranedici heyvanlardır, lakin biz faunanın hər bir nümayəndəsi üçün ayrıca sayt işlədə bilmərik”.
ABŞ vitse-prezidenti qeyd edib ki, bu resurslar dövlət hesabına fəaliyyət göstərən bir çox saytlardan cəmi bir neçəsidir. O, bu cür vəziyyəti yolverilməz sayıb. Co Baydenin fikrincə, bu saytları bir portalda birləşdirmək və ya ümumiyyətlə fəaliyyətlərini dayandırmaq lazımdır.
Ağ Evin məlumatına görə, ABŞ büdcəsindən təxminən 24 min internet-resursun fəaliyyətini təmin edən 2 minə yaxın domen maliyyələşdirilir.

549