Erməni “Doktor ölüm” öldü
Lent.az-ın “ClickOnDetroid.com” saytına istinadən verdiyi məlumata görə, bu ilin mayında sətəlcəm və böyrək ağrısı ilə xəstəxanaya yerləşdirilən 83 yaşlı Cek Kevorkyanın ölümünün səbəbi arteriyasında qan laxtalanması (tromboz) olub.
Cek Kevorkyaq 1999-cu ildə sağalmaz xəstəliyə tutulmuş insanların ölmələrinə kömək etdiyi üçün mühakimə olunub. “Doktor ölüm” belə xəstələrə zəhərli iynə vurulmasına, intihar etmələrinə, qazla zəhərlənmələrinə şərait yaradıb. Cek Kevorkyan 130 ABŞ sakininə bu yolla ölməkdə kömək edib. O, ABŞ həbsxanasında ömrünün 8 ilini keçirib. 2007-ci ildə azadlığa çıxıb və evtanaziya hüququna nail olmaq üçün siyasətə atılıb. “Doktor ölüm” 2008-ci ildə Konqresə keçirilən seçkilərdə müstəqil namizəd kimi iştirak etsə də, seçicilərin səsinin 1/3-dən də azını qazanıb.
Qeyd edək ki, 2010-cu ildə televiziya ekranlarına çıxan və baş rolda Al Paçinonun oynadığı “Siz Ceki tanımırsınız” filmi də “Doktor ölüm”ün fəaliyyətinə həsr olunub.

519