Rəfsəncaninin qızı həbs edilib
21 fevral 2011 10:45 (UTC +04:00)

Rəfsəncaninin qızı həbs edilib

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, o, Tehranda hökumət əleyhinə keçirilən aksiyalarda iştirak etdiyi üçün həbs edilib.

Bir neçə saat əvvəl isə İran hakimiyyəti Faizə Haşimi-Rəfsəncaninin qızını azad edib.

Qeyd edək ki, Faizə və sabiq prezidentin bir neçə yaxın qohumu 2009-cu ildə prezident seçkiləri dönəmində də həbs olunublar. Onlar qiyamçıların terrorçu fəaliyyətlərini dəstəkləməkdə ittiham ediliblər. Aksiyalar dayanana qədər onlar bir hərbi bazada saxlanılıblar. 2010-cu ilin aprelində İran məhkəməsi Əli Əkbər Haşimi-Rəfsəncaninin xarici ölkədə olan oğlu Mehdinin həbsi barədə order verib. 2010-cu ildə sabiq prezidentin nəvəsi Həsən Laxuti həbs olunub. O, Böyük Britaniya xüsusi orqanları ilə əməkdaşlıqda günahlandırılıb və girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, Əli Əkbər Haşimi-Rəfsəncani 1989-1997-ci illərdə İran prezidenti olub. O, 2005-ci ildə yenidən seçkilərə qatılsa da, hazırkı prezident Mahmud Əhmədinejada uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar