Yunanıstanda seçkini müxalifət qazandı
05 oktyabr 2009 21:45 (UTC +04:00)

Yunanıstanda seçkini müxalifət qazandı

Baş nazir rəhbərlik etdiyi partiyadan istefa verəcək

Yunanıstanda bazar günü keçirilən parlament seçkilərinin qalibi müxalifətdəki PASOK Partiyası olub.

Lent.az-ın verdiyi məlumata görə, Yunanıstan televiziyaları və “exit-poll” keçirən qurumlar Yorqo Papandreunun lideri olduğu PASOK-un baş nazir Kostas Karamanlisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyasından (YDP) 7 faiz səs topladığını bildirib.

Bu arada Daxili İşlər Nazirliyi səslərin 58,4 faizinin sayıldığını, bunun 43,70 faizini PASOK-un, 34,83 faizini YDP-nin topladığını açıqlayıb. Əgər yekunda da bu faiz göstəriciləri qeydə alınsa, bu nəticələr 300 deputatı olan parlamentdə PASOK-a 159, YDP-ə 95 millət vəkili ilə təmsil olunmaq imkanı verir.

Müxalifət lideri Yorgo Papandreu bütün yunanları ortaq dəyərlər çərçivəsində güclərini birləşdirməyə çağırıb.

Baş nazir Kostas Karamanlis isə telekanallardakı canlı çıxışında seçkidəki məğlubiyyətin məsuliyyətini öz üzərinə götürdüyünü, partiyasının bir aya növbədənkənar qurultay keçiriləcəyini və sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyanlayıb.


O, Yorgo Papandreunu qələbə münasibətiylə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191

Oxşar yazılar