Obama 18 faizlik “günah vergisi”nin tətbiqini istəyir
Şişmanlığın əsas səbəbkarları sırasında adı çəkilən “Coco-Cola” şirkətinin vəziyyəti qəlizdir
ABŞ prezidenti Barak Obama “Mens Health” sağlamlıq dərgisinə açıqlamasında ölkədə şişmanlığın qarşısını almaq və ştatların büdcə kəsrlərini aradan qaldırmaq üçün “Coca-Cola” şirkətinin içkilərinə 18 faizlik “günah vergisi” tətbiq etməyi planlaşdırdığını bildirib.
Lent.az-ın verdiyi məlumata görə, Amerika mətbuatı qida sənayesi şirkətlərinin bunun qarşısını almaq üçün Barak Obamaya yönəlik təzyiq xarakterli kampaniyaya hazırlaşdığını yazıb.
Qeyd edək ki, “Coka-Cola” şirkətinin içkilərinə ilk dəfə Nyu-York ştatının valisi David Paterson bu ilin sentyabrında vergi tətbiq etməyə cəhd göstərib, ancaq etirazlardan sonra geri çəkilib. Barak Obama isə bu günah vergisini səhiyyə islahatları ilə bağlı paketə salmağı məqbul sayır. Prezident öz uşaqlarına bu içkiləri içməyə icazə vermədiyini dilə gətirib.
Barak Obama onu da bildirib ki, həftənin 6 günü qaçış və digər idman növləri ilə məşğul olur, həmişə masada bir kasa alma qoyulur. Hirsini dağıtmağa da idman yarayır. Obamaların evində şəkərli içkilər qadağandır, fast-food yeməklərindən isə nadir hallarda istifadə edilir.

Oxşar yazılar

Ölkənin ən gözəl qızı toyu ərəfəsində öldü
7 iyun 2025 , 19:25
Əfqanıstan mediasında canlıların təsviri qadağan olundu
7 iyun 2025 , 11:03
Dünyanın ən hündür dəmiryolu körpüsü açıldı
7 iyun 2025 , 10:05
94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU
7 iyun 2025 , 09:25
Astronomlar Böyük Partlayışdan sonrakı ən güclü partlayışları aşkarladılar
7 iyun 2025 , 08:08
İsrail Qəzzanı VURDU: 12 ölü, 40-dan çox yaralı var
7 iyun 2025 , 06:25
Britaniyalı rəssamın itmiş tablosu 150 ildən sonra tapıldı
7 iyun 2025 , 04:52