At üstündə nikah...
29 sentyabr 2009 15:15 (UTC +04:00)

At üstündə nikah...

Bələdiyyə sədrinin bu arzusu ona baha başa gəldi
Antalyanın Kəpəz rayonunda AKP-nin bələdiyyə sədri Hakan Tütünçü atlı polis dəstəsində xidmət edən Ramazan Torpaq və Tuğçə Aklayanın nikahını elə at üzərində də qıymaq istəyib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, at ürküncə bələdiyyə sədri özünü yerdə görüb.
Xoşbəxtlikdən bələdiyyə sədri ciddi xəsarət almayıb. Buna görə də özünü şən göstərərək deyib ki, əsas atdan düşmək deyil, sağ-salamat qalmağın yolunu bilmək və bunu bacarmaqdır.
Bundan sonra bələdiyyə sədri növbəti dəfə ata minməkdə bəxtini sınamayıb və gənc cütlüyün nikahını atlardan uzaq, masa arxasında əyləşərək qıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar