Böhran İspaniya kralının maaşını dondurdu
29 sentyabr 2009 14:30 (UTC +04:00)

Böhran İspaniya kralının maaşını dondurdu

İspaniya tarixində yeni səhifə açıldı

İqtisadi böhran səbəbindən İspaniya hökumətinin parlamentə təqdim etdiyi 2010-cu ilin dövlət büdcəsi layihəsində baş nazir Joze Luis Zapatero, digər nazirlər, ali məhkəmə orqanlarının hakimləri və kral ailəsinin maaşı dondurulub.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə ispan hökuməti açıqlama yayıb.
Kral ailəsinin üzvlərinin maaşının dondurulması İspaniya tarixində ilk belə hadisədir. Məsələn, kral ailəsinə büdcədən öncəki illə müqayisədə 2008-ci ildə 4,5 faiz, 2009-cu ildə 2,7 faiz daha çox vəsait ayrılıb. Ancaq gələn il kral ailəsi 2009-cu ildəki kimi 8,9 milyon avroluq büdcəyə malik olacaq.
Baş nazir və nazirlərin maaşları isə artıq üçüncü dəfədir ki, dondurulur. Məsələn, Zapatero gələn il də hər ay 7 min 665 avro maaşla kifayətlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar