Hitler kəlləsi... Hitlerin kəlləsi deyilmiş
28 sentyabr 2009 14:45 (UTC +04:00)

Hitler kəlləsi... Hitlerin kəlləsi deyilmiş

Rusiya arxivlərində saxlanan kəllə sümükləri 40 yaşlı qadına aiddir


ABŞ-ın Konnektikut Universitetinin alimləri Adolf Hitlerin Rusiya arxivlərində saxlanan kəllə sümüyünü araşdırıblar.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, araşdırma zamanı bu kəllə sümüyünün əslində Hitlerə deyil, bir qadına aid olduğu müəyyənləşib.

Qeyd edək ki, Hitlerin 1945-ci il aprelin 30-da özünü başından vuraraq intihar etdiyi bildirilirdi.

Ancaq Konnektikut Universitetinin alimlərinin həmin kəllə sümükləri üzərində apardıqları DNT testləri bu iddianın gerçək olmadığını üzə çıxarıb. Belə ki, kəllə sümükləri 40 yaşlı bir qadına aiddir. Hitler isə 1945-ci ildə 56 yaşında olub.

Araşdırmanın nəticələri “Hitlerin qaçışı” adlı sənədli filimdə açıqlanacaq.
# 916

Oxşar yazılar