Tehran-Yerevan işbirliyi güclənir
26 yanvar 2011 21:19 (UTC +04:00)

Tehran-Yerevan işbirliyi güclənir

Ölkəmiz müstəqillik qazandığı gündən indiyəcən Tehran hakimiyyəti burada davamlı olaraq pozuculuq işləri görüb, bu əməlini davam etdirməkdədir.

Mətləbə keçməzdən öncə onu da qeyd edək Ki, 1988-ci ildən ta SSRİ-nin tərkibindən çıxdığımız günədək və ondan sonra da Moskva Azərbaycandakı ictimai-siyasi, bir sıra hallarda isə iqtisadi prosesləri erməni amili vasitəsi ilə nəzarət etməyə çalışıb. Bəzi hallada o, bunu indi də davam etdirməyə çalışır, bəzən buna nail də olur.

Tehran hakimiyyətinin Fələstin-İsrail münasibətində fələstinliləri müdafiə etməsi Azərbaycandakı müsəlmanlar da elə təsəvvür yaradır ki, İslam Respublikasının rəhbərliyi Azərbaycanın Qarabağla bağlı problemində də etdiyi eyni təəssüblə çıxış edib işğalçı Ermənistanı qınayacaq, yaxud təcavüzkarlığına görə ona təzyiq göstərəcək. Amma təəssüf ki bu, həmin insanların arzusu olaraq qalacaq.

Tehran da Moskva kimi Azərbaycanda, yalnız onun Quzeyində deyil, elə Güneyindəki proseslərə də müdaxilə edib, azərbaycanlıları qıcıqlandırmağa çalışır. Ən yaxşı halda İran ona yaxın olmaq uğrunda Azərbaycanla Ermənistan arasında yarış qurmağa cəhd göstərir.

Son bir neçə ayda panirançıların, eləcə də İrandakı bəzi din xadimləri və ölkə rəsmilərinin Azərbaycan Respublikasının iç işlərinə müdaxiləsi sürəklənib. Onlar Azərbaycan hakimiyyətinə və vətəndaşlarına «məsləhət verir», özlərini «böyük» kimi aparırlar.

Lent.az-ın «panarmenian.net» saytına istinadən məlumatına görə, Qarabağla bağlı dünyada ilk dəfə fars dilində «garabagh.org» saytı açılıb. Bu informasiya vasitəsi İrandakı erməni icması tərəfindən açılıb.

Həmin saytda Qarabağ ətrafında baş verənlər, habelə 1980-ci illərin sonunda Sumqayıt və Bakıda baş verənlər təhrif edilib.

«Garabagh.org»-da “azərbaycanlıların erməni əhalisini qırğına məruz qoymasını” əks etdirən materiallar təqdim olunur.

Saytın bölümlərinin birində 1992-ci ildə 600-dən çox azərbaycanlının öldürüldüyü Xocalı soyqırımında bütün günahlar Azərbaycan tərəfin boynuna qoyulur.

Yazıda hadisənin o dövrkü Azərbaycanda siyasi rəqabətlər nəticəsində baş verdiyi iddia olunur, hakimiyyətdəki bəzi qüvvələrin bununla Ayaz Mütəllibovun istefaya göndərilməsinə zəmin yaratdığı vurğulanaraq, onun müsahibəsi verilib.

Azərbaycan Respublikasının iç işlərinə müdaxiləsinə İrana qarşı təpgilərə cavab, yaxud həbs olunmuş İranyönlülərin sərbəst buraxılması üçün rəsmi Bakıya bir jest kimi də dəyərləndirmək olar. Ancaq ermənilərin və onları dəstəkləyən Tehran hakimiyyətinin məsələ ilə bağlı cəhdlərinin əbəsdir. Çünki İran əhalisinin yarısından çoxu Azərbaycan türküdür. Onlarsa ermənini, onlara yardım edənləri 1918-ci ilin martından - Salmas, Sulduz, Xoy, Muğan, Urmiya və Güney Azərbaycanın başqa bölgələrində Azərbaycan türklərinin soyqırıma məruz qaldığı çağdan yaxşı tanıyırlar. Bu xislətlilərin nə türkə, nə də müsəlmana heç vaxt gerçək sayğısı olmayıb.

Təbrizin «Traktorqayırma» («Traktorsazi» - farsca belə adlandırırlar) adlı bir futbol klubu var. 2010-cu ildə bu komanda güclülər dəstəsində çıxış edir. Heç şübhəsiz, bütün yarışlarda insanlar daha çox öz bölgələrini təmsil edən idmançılara tərəfdarlıq edir. Bu, yarışmanın yazılmamış qanunudur. Təbii olaraq, futbolsevər azərbaycanlılar da «Traktorqayırma»ya tərəfdarlıq edir. Onu çeşidli şüarlarla öyürlər.

Tehran hakimiyyəti güney azərbaycanlılara bu sevinci də çox gördü. 2010-cu ilin payızında Andranik Teymuryan adlı ermənini «Traktora» dəvət edib, onunla müqavilə bağlamaqla azərbaycanlıların komandalarına olan bu coşqunun qarşısını almağa səy göstərdi.

İngiltərənin “Bolton” komandasında və bir sıra başqa klublarda forma geymiş 27 yaşlı Andranik Teymuryan Təbriz klubuna keçməsinin səbəbini onun şərtlərini qəbul etməsi, eyni zamanda Təbriz komandasının azarkeşlərinin çoxluğu və coşğunluğu ilə əlaqələndirmişdi: “Mən başqa klublarla da müzakirələr aparırdım, amma onlarla razılığa gələ bilmədim. “Tiraxtur” klubu isə mənim şərtlərimi dərhal qəbul etdi. Bu da onların mənimlə maraqlandığını göstərir. Mən “Tiraxtur” klubuna qoşulmağımdan məmnunam. Bu komandanın çoxlu coşğun azarkeşi var”.

Andranik Teymuryan Tehranda doğulub, İran İslam Respublikasının vətəndaşıdır. Futbol oynamağa ermənilərin Tehrandakı «Ararat» adlı idman klubunda başlayıb.

İranda ermənicə çıxan «Araks» adlı qəzetin yazdığına görə, o, İran İslam Respublikasının futbol üzrə yığma komandasının kapitanıdır.

Panfarsçılarla ermənilərin Güneyli-quzeyli Azərbaycana qarşı birgə fəaliyyətinə daha bir örnək: «Panorama.am»-ın yaydığı xəbərə görə, İslam Respublikasının xüsusi xidmət orqanları Türkiyənin Milli İstihbarat Təşkilatını (MİT) İran qarşı fəaliyyət göstərən kəşfiyyat xidmətləri və təşkilatlar siyahısına daxil edib.

Mənbənin məlumatına əsasən, İranın xüsusi xidmət orqanlarında hesab edirlər ki, MİT İsrailin MOSSAD-ından, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən və Britaniyanın «Mİ6»-dən daha təhlükəli qurumdur.

MİT-in İslam Respublikasına qarşı təbliğatı önləmək məqşədi ilə Tehran hakimiyyəti İranın dövlət məmurlarına xüsusi kitabça və broşüralar paylayıb.

Əslində bu xəbər milli haqlarının təmin olunmasını tələb edən Güney Azərbaycan türklərinə qarşı yeni bir tələdir. İndiyə kimi həmin insanları onsuz da «Azərbaycan Respublikasına casusluq» və «Türkiyəyə casusluq» kimi saxta ittiham irəli sürür, təqib edirlər.
Tehranla Yerevan qardaşlığının rəsmi etirafı haqda bir məlumatı xatırlatmaq istərdik.
Bir neçə ay öncə Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin İranın dəstəyi olmadan iqtisadi baxımdan ayaq üstdə durmasının mümkünsüz olduğunu etiraf etmişdi.
O, Ukraynada çıxan “Profil” nəşrinə müsahibəsində demişdi ki, Ermənistan xarici aləmlə Gürcüstan və İran üzərindən əlaqə saxlayır.
Ermənistan liderinin sözlərinə görə, 1990-cı illərin əvvəlində Gürcüstanda qeyri-stabil vəziyyət yaranmışdı: «Əgər İran yolu olmasaydı, Ermənistan bazarlarında məhsullar 4-5 dəfə bahalanar və iqtisadiyyatımız iflic duruma düşərdi. Bundan əlavə, İran zəngin enerjidaşıyıcıları ehtiyatlarına malikdir, Ermənistanda isə bu resurslar yoxdur. Biz bu sahədə də sıx əməkdaşlıq edirik».

Həmin müsahibədə Serj Sərkisyan İslam Konfransı Təşkilatında Azərbaycanın səylərini İranın faktiki neytrallaşdırdığını da dilə gətirib: “İslam Konfransı təşkilatı daxilində Azərbaycan Ermənistanla münaqişəni dinlərarası münaqişə kimi qələmə verməyə çalışır. Ancaq Azərbaycanın bu cəhdləri asanlıqla təkzib olunur. Çünki Ermənistanın İranla çox gözəl münasibətləri var… ”.

İrandakı rejimin ovcu çoxdan açılıb. Onun oyunları çox aydın görünür. Çünki rejim islah olmadığından çürüyür. Bir daha təəssüf ki, Azərbaycan vətəndaşları həmin çürüyün ardınca düşüb…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35