Hava limanında bu qaydanı  pozmayın - əks halda telefonunuzla vidalaşacaqsınız
05 dekabr 2025 16:36 (UTC +04:00)

Hava limanında bu qaydanı pozmayın - əks halda telefonunuzla vidalaşacaqsınız

0

Aviaşirkətlər səfər zamanı əllərdə daşınan baqajda mobil telefon, noutbuk və planşet kimi bəzi elektron cihazların daşınmasına icazə verir. Lakin bir cihaz və ya bir neçə cihaz götürməyinizdən asılı olmayaraq, təhlükəsizlik nəzarətindən keçməzdən əvvəl onların mütləq şarjlı olduğundan əmin olmalısınız.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əgər cihazlardan birinin batareyası tam boşalarsa, bu, ciddi problemlərə səbəb ola bilər.

Hava limanı təhlükəsizlik əməkdaşları sizdən cihazınızı açmağı tələb etmək hüququna malikdir. Əgər cihaz işə düşmürsə, o zaman təhlükə mənbəyi kimi qiymətləndirilə və müsadirə oluna bilər. Bu qaydalar Ryanair və easyJet kimi aviaşirkətlərin də daxil olduğu əksər hava yollarında qüvvədədir.

Bu tələblər Böyük Britaniya və başqa ölkələrin hava limanlarında tətbiq olunan yeni təhlükəsizlik tədbirlərinin bir hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar