Döymələrin ölümcül  təhlükəsi
05 dekabr 2025 13:01 (UTC +04:00)

Döymələrin ölümcül təhlükəsi

0

Lund Universitetinin (İsveç) alimləri bildiriblər ki, döymələr dəri xərçəngi, o cümlədən melanomanın inkişaf riskini artıra bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın çərçivəsində 20–60 yaş arasında melanoma diaqnozu qoyulmuş 2880 isveçlinin məlumatları analiz olunub və xəstəliyi olmayan nəzarət qrupu ilə müqayisə edilib. İştirakçılar döymələrinin olub-olmaması, dəri tipi, günəşdə qalma müddəti və solyari istifadə tarixi barədə anket doldurublar.

Bütün risk faktorları nəzərə alındıqdan sonra alimlər müəyyən ediblər ki, döyməsi olan insanlarda melanomaya tutulma ehtimalı az da olsa statistik baxımdan əhəmiyyətli dərəcədə yüksəkdir: melanoma xəstələri arasında döyməsi olanların payı 22 faiz, nəzarət qrupunda isə 20 faiz təşkil edib.

Mütəxəssislər hələlik səbəb-nəticə əlaqəsinin tam sübut olunmadığını vurğulayırlar. Lakin mümkün mexanizmlərdən biri kimi immun sisteminin reaksiyası göstərilir. Döymə boyasının hissəcikləri orqanizm tərəfindən yad maddə kimi qəbul edilə və limfa düyünlərinə daşına bilər. Bundan başqa, bəzi rəng piqmentləri günəş şüaları və ya lazer təsiri altında parçalanaraq potensial kanserogen maddələr əmələ gətirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar