Türkiyədə hərbçini bacanağını öldürərək intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kırıkkale şəhərinin Kalatepe məhəlləsində Alparslan Türkeş bulvarında baş verib.
39 yaşlı çavuş Məsud Yurd mübahisə zamanı bacanağı 47 yaşlı Hakan Altunkaşı tapança ilə güllələyib. Daha sonra həmin silahla özünə də atəş açaraq, intihar edib.
Hər ikisinin meyiti müayinədən sonra dəfn ediləcək.
Məlumata görə, Məsud bir müddətdir ki, arvadından ayrı yaşayırmış və bu səbəbdən bacanağı ilə aralarında ədavət varmış.

