Antonio Rudiqer "Real"da qalmaq üçün maaşının azaldılmasını qəbul etməyə hazırdır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, alman müdafiəçi karyerasını "Real"da davam etdirmək üçün Səudiyyə Ərəbistanı klublarının təkliflərini də rədd edə bilər.
32 yaşlı futbolçunun komandada daha bir mövsüm qalmaq üçün hazırkı illik maaşını 9 milyon avrodan 7 milyon avroya endirməyə hazır olduğu bildirilir.
2025-ci ilin sentyabr ayında Rudiqer sol bud əzələsindən zədə alsa da, noyabrın sonuna qədər məşqlərə qayıdıb. Zədə səbəbindən o, cəmi 270 dəqiqə oynayıb.