Ürəyin dayanması üçün neçə siqaret kifayətdir?
05 dekabr 2025 12:03 (UTC +04:00)

Ürəyin dayanması üçün neçə siqaret kifayətdir?

0

Gündə bir qutu siqaret çəkmək vacib deyil. Yeni araşdırmaya görə, cəmi bir neçə siqaret də, siqareti tamamilə atdıqdan sonra belə sağlamlıq üçün ciddi təhlükələr yarada bilər.

Lent.az bu barədə bəzi məlumatları təqdim edir:

Saç tökülməsi və qırışlar: D vitamini çatışmazlığı günahkardırmı?

ABŞ-ın Baltimor şəhərində yerləşən Cons Hopkins Universitetinin Çikkarone Ürək-Damar Xəstəliklərinin Qarşısının Alınması Mərkəzinin tədqiqatçıları son iki onillik 19,9 il ərzində 330 000 nəfəri müşahidə edən 22 ayrı araşdırmanın məlumatlarını təhlil ediblər. Kardiologiya və epidemiologiya üzrə professor Maykl Blahanın rəhbərlik etdiyi komanda 125 000-dən çox ölüm və 54 000 ürək-damar hadisəsini infarkt, insult və ürək çatışmazlığını sənədləşdirib. Məlumatlar analiz edildikdən sonra onlar belə qənaətə gəliblər ki, çox aşağı intensivlikdə siqaret çəkmək yəni gündə 2–5 siqaret heç vaxt siqaret çəkməyənlərlə müqayisədə ürək çatışmazlığı riskini 50%, hər hansı səbəbdən ölüm riskini isə 60% artırır.

Siqareti tərgidən şəxslərdə ürək-damar hadisələri riski ilk on il ərzində ən çox azalır və zaman keçdikcə daha da düşür. Lakin son siqaretdən 30 il keçsə belə, keçmiş siqaret çəkənlərdə risk heç vaxt siqaret çəkməyənlərlə müqayisədə hələ də daha yüksək olaraq qalır.

Tədqiqatçılar əlavə ediblər ki, ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmağın yeganə həqiqi yolu siqareti tamamilə tərgitməkdir, sadəcə olaraq daha az siqaret çəkmək yox. Bu da beynəlxalq tövsiyələrlə üst-üstə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar