Atanı 7 yaşlı oğlunun yanında vəhşicəsinə öldürdülər
05 dekabr 2025 18:43 (UTC +04:00)

Atanı 7 yaşlı oğlunun yanında vəhşicəsinə öldürdülər

0

Türkiyədə kişi azyaşlı oğlunun yanında qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konyanın Hüyük qəsəbəsində baş verib.

38 yaşlı Mustafa Vurulmaz 7 yaşlı oğlu ilə birgə tarladan 3 təkərli velosipedi ilə evə qayıdırmış. Bu zaman aralarında ədavət olan Əmrə, Məhəmməd və Adəm adlı 3 qardaş avtomobillə onların arxasınca düşərək, velosipedə çırpılıblar. Nəticədə Mustafa Vurulmaz və oğlu velosipeddən yıxılıblar.

Bundan sonra tərəflər arasında dava düşüb. 3 qardaş əvvəlcə Vurulmazı azyaşlı oğlunun gözü önündə döyüblər. Sonra isə tapança ilə güllələyərək, öldürüblər.

Cinayətkar qardaşlar polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar