Partnyorunuza heç vaxt söyləməməli olduğunuz  iki şey
05 dekabr 2025 14:44 (UTC +04:00)

Partnyorunuza heç vaxt söyləməməli olduğunuz iki şey

0

Psixoloq Mark Travers münasibətlərdə dürüstlüyün hər zaman faydalı olmadığını bildirib. Onun fikrincə, bəzi həqiqətləri demək əvəzinə susmaq bəzən əlaqəni daha yaxşı qoruyur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, son araşdırmalar cütlüklər arasında nə vaxt danışmağın, nə vaxt susmağın bilinməsinin münasibətin sabitliyində mühüm rol oynadığını göstərir. Mütəxəssis münasibətdə olanlara iki mövzunu tərəfdaşdan gizli saxlamağı tövsiyə edir.

1. Xarici görünüşlə bağlı qeyri-zəruri iradlar

İnsanlara partnyorunun çəkisini, qırışlarını və ya dəri problemlərini xatırlatmaq normal görünə bilər, sanki yardım məqsədidir. Lakin Travers xəbərdar edir ki, ən yaxşı niyyətlə deyilmiş bu cür sözlər belə qüsur tapmaq kimi qəbul olunur.

Family, Systems, and Health jurnalında dərc olunan araşdırmaya görə, çəkisi haqqında partneri ilə danışan insanların 55 faizi söhbətdən sonra özünü daha pis hiss edib. Belə mövzular tərəfdaşda narahatlıq, utanma və özünəinam itkisi yaradır.

Psixoloq əlavə edir ki, siz gördüyünüz dəyişiklikləri partneriniz çox güman ki, artıq özü də bilir. Ona görə də, nə demək istədiyinizi qiymətləndirin: bu sözlər doğrudanmı xeyirlidir və lazımdırmı?

2. Emosional kökü olmayan tənqid

Hər kəsin partnyorunda xoşlamadığı xüsusiyyətlər olur, lakin bütün narazılıqları “çılpaq səmimiyyət” adı ilə dilə gətirmək təhlükəlidir. Travers bildirir ki, faydalı dürüstlük ilə dağıdıcı tənqid arasında çox incə xətt var. Əgər dediyiniz sözlər qarşı tərəfi inkişaf etdirmək niyyətindən yox, qıcıqdan qaynaqlanırsa, o zaman partner bunu yardım yox, hücum kimi qəbul edəcək. Behavior Therapy jurnalında yayımlanan araşdırma göstərib ki, tənqid necə formalaşdırılırsa, onun təsiri də o qədər fərqlidir. Bəzi tənqidlər motivasiyanı artırır, bəziləri isə özünə dəyər hissini sarsıdır.

Psixoloq vurğulayır ki, tənqid empatiyadan yox, əsəb və məyusluqdan doğarsa, partner bunu mühakimə kimi hiss edəcək və münasibətdə təhlükəsizlik duyğusu azalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar