Gürcüstanda azərbaycanlı qadın məktəb direktoru  saxlanıldı
05 dekabr 2025 18:34 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı qadın məktəb direktoru saxlanıldı

0

Gürcüstanın Marneuli rayonundakı 4 saylı rusdilli ictimai məktəbin direktoru vəzifəsini icra edən şəxs rüşvət üstündə saxlanılıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi (DTX) Xidmətindən bildirilib.

Məlumata əsasən, azərbaycanlı qadın olan həmin şəxs sertifikatın verilməsi üçün tələb olunan imtahanlara görə vətəndaşdan 300 dollar rüşvət alıb.

Faktla bağlı cinayət işi açılıb. Bu əmələ görə 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutulur.

DTX-nın yaydığı videogörüntülərdə soydaşımızın bir qadınla Azərbaycan dilində telefon danışığı və 300 ABŞ dolları həcmində rüşvət alması əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar