“Doğan Holdinq” media sektorundan çəkilir
Türkiyənin məşhur “Doğan Holdinq” Şirkətlər Qrupu media sektorundan çəkiləcək. Lent.az-ın verdiyi məlumata görə, bu barədə “Bloomberg” jurnalı məlumat yayıb.
“Doğan Holdinq” İcraiyyə Heyəti və “Doğan Yayın Holdinq” İdarə Heyətinin üzvü Soner Gedik “Hürriyet” qəzetinin və nəşriyyatının satışı üçün təklif qəbul edildiyini açıqlayıb. O deyib ki, səhmlərinin 66,6 faizi “Doğan Yayın Holdinq”ə məxsus olan “Hürriyet” qəzeti hər an satıla biləcək şirkətlər sırasındadır.
Aydın Doğan ona məxsus şirkətlərin satışını həyata keçirmək üçün vasitəçi qismində “Goldman Sachs” şirkətinə müraciət edib. Soner Gedik petensial alıcıların qısa siyahısının da 1 ay ərzində dəqiqləşəcəyini söyləyib. O, “Doğan Holdinq” Şirkətlər Qrupuna məxsus bütün media şirkətlərini 3 ay ərzində yaxşı bir qiymətə satmaq istədiklərini dilə gətirib.
Xatırladaq ki, “Doğan Holdinq” Şirkətlər Qrupuna məxsus media orqanları sırasında “Hürriyet” qəzeti ilə bərabər, “CNN Türk”, “Kanal D”, “Star” telekanalları, “Milliyet” və “Posta” qəzetləri var.

Oxşar yazılar

İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20