Rus polis rüşvət aldığı pulu... yedi
Sürücüdən rüşvət almaqda ittiham edilən polis kapitanı Aleksey Nikolayev 3 il şərti olaraq azadlıqdan məhrum edildi. Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, xidmət apararkən polis təhlükəli manevr edən avtomobili saxlayıb. Qaydaya əsasən qoşa xətti tapdalayan sürücü 2000 rubl (60 manat) cərimə verməli və 6 ay sürücülükdən məhrum edilməli idi. Sürücü tezliklə polislə dil tapır və məsələni 1000 rubla həll etməyə nail olur. Lakin...
Avtomobildəki sərnişinlər polisin rüşvət aldığını görərək ondan şikayət edəcəklərini bildirirlər. Polis isə vəziyyətdən çıxış yolu kimi 2 ədəd 500 rublluq əsginası udur. Lakin sürücü və sərnişinlərin şikayəti əsasında cinayət işi qaldırılır və polis 3 il şərti olaraq azadlıqdan məhrum edilir.
Qeyd edək ki, rus polisindəki rüşvət dəfələrlə hakimiyyətin yüksək eşelonlarında müzakirə mövzusu olub.
Vüqar

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49