İranın «Qızıl Aypara»sı casusluq edirmiş...
Məlumata görə, ikinci Livan-İsrail savaşı zamanı raket qaçaqmalçılığı və kəşfiyyatçıların Livana daxil olması üçün Tehran ölkənin «Qızıl Ay» Cəmiyyətinin adından istifadə edib.
Mənbə bildirib ki, 2008-ci ilin oktyabrından başlayaraq, İran inqilab keşikçiləri qvardiyasının zabitlərini Livana yerləşdirib. 2006-cı ildə savaş zamanı isə onlar
«Hizbullah» ilə əməkdaşlıq çərçivəsində «Qızı Aypara» adı altında fəaliyyət göstəriblər. Məlumata əsasən, bu humanitar cəmiyyətin infrastrukturundan Livana silah göndərilməsi üçün də istifadə edilib. «Livana uçan təyyarələrdə dərman preparatlarının yerinə raketlər gönədirilib» - deyə, «Wikileaks» bildirib.
Bu saytın başqa bir xəbərində isə bildirilib ki, S-300 raket-zenit qurğusunu İrana verməyəcəyi qarşılığında Rusiya İsraildən pilotsuz uçan aparatların yeni texnologiyasını istəyib.
ABŞ diplomatlarının sənədlərində dövlət katibinin silahlar üzərində nəzarət üzrə müavini Elen Tauşerin adından bildirilib ki, Rusiya hələ 2009-cu ildə pilotsuz uçan aparatın yeni texnologiyasının verilməsi qarşılığında İranla S-300-ə dair müqaviləni pozmaq niyyətində olub. Ancaq o zaman İsrail Moskvaya bu texnologiyanı verməyə hazır olmadığını bəyan edib. Onlar həmin təyyarələrin «çinlilərin əlinə keçəcəyindən» ehtiyatlanıblar.
Xatırladaq ki, bu ilin oktyabrında Rusiyanın «Oboronprom» şirkəti ilə İsrailin «Israel Aerospace Industries» dövlət şirkəti arasında bəhs etdiyimiz pilotsuz təyyarələrlə bağlı müqavilə imzalanıb.
Sədrəddin Soltan

576