İlhamiz Quliyev
12 dekabr 2024 16:00 (UTC +04:00)

İlhamiz Quliyev

İlhamiz Quliyevə HÖKM OXUNDU

Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan İlhamiz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək müdafiə etdikləri şəxsə bəraət verilməsini xahiş ediblər.

Daha sonra İlhamiz Quliyev son söz deyib.

Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan edib.

Hökmə əsasən, İlhamiz Quliyev 3 il müddətində azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, İlhamiz Quliyev ötən ilin dekabrın 4-də həbs olunub.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

 

Selcan Zaurqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615
avatar

Oxşar yazılar