Dünyada COVID-19-dan ölənlərin sayı  AÇIQLANDI
12 dekabr 2024 15:19 (UTC +04:00)

Dünyada COVID-19-dan ölənlərin sayı AÇIQLANDI

Dünyada COVID-19-dan yeddi milyondan çox ölüm qeydə alınıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus brifinq zamanı bildirib.

"Ümumilikdə, ÜST dünya miqyasında COVID-19-dan yeddi milyondan çox ölüm barədə məlumat verib, lakin biz inanırıq ki, həqiqi rəqəm üç dəfə çoxdur", - o deyib.

Onun sözlərinə görə, 2024-cü il iyulun 21-nə 775 milyondan çox təsdiqlənmiş hal qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145

Oxşar yazılar