Özünü küçədə yaşayan kimi təqdim edən milyarder saxlanıldı
12 dekabr 2024 13:48 (UTC +04:00)

Özünü küçədə yaşayan kimi təqdim edən milyarder saxlanıldı

Rusiyanın paytaxtı Moskvada polis sənədlərini yoxlayan zaman özünü evsiz kimi təqdim edən şəxsi saxlayıb. Tezliklə məlum olub ki, bu, çoxmilyardlarla rublluq dələduzluğa görə beynəlxalq axtarışda olan “Evrazbank”ın keçmiş vitse-prezidenti və PJSC “Sol Rusi”nin direktorlar şurasının sədri Vyaçeslav Çikalindir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Çikalin paytaxtın metro stansiyalarından birində tapılıb. Şəxsiyyət yoxlaması göstərib ki, o, evsiz adam deyil, Rusiya tarixində iqtisadi cinayətlərdə ən böyük müttəhimlərdən biridir.

Çikalin 2013-2015-ci illər arasında "Transportny Bank"dan 21,8 milyard rubldan çox pul oğurladığına görə 2021-ci ilin martında 7 il müddətinə azadlıqdan məhrum edilib. O, ortaqları ilə birlikdə günlük şirkətlərdən istifadə edərək problemli kreditlər verib.

Çikalin cəzasını təcridxanada çəkərkən istintaq onun “Sol Rusi” PJSC-yə rəhbərliyi ilə bağlı yeni sxemi üzə çıxarıb. Şirkət investorlara Nijni Novqorod vilayətindəki Belbaz daş duzu yatağının işlənməsindən yüksək mənfəət vəd edib. Reallıqda səhmlər aqressiv telefon danışıqları vasitəsilə satılıb, onların zərərçəkənləri daha çox pensiyaçılar olub.

Mənbələrin bildirdiyinə görə, həbs olunan zaman Çikalin məzuniyyətdə imiş. O, “Ukraynada xüsusi əməliyyatın iştirakçısı və qəhrəmanı” olub. Moskvada dindirildikdən sonra onun döyüş bölgəsinə qaytarılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2677

Oxşar yazılar

Rayon camaatı polislə birgə onu axtarır

Rayon camaatı polislə birgə onu axtarır

3 iyun 2025 , 10:04
Narkotik çəkən mikroavtobus sürücüsü həbs olundu - VİDEO

Narkotik çəkən mikroavtobus sürücüsü həbs olundu - VİDEO

3 iyun 2025 , 09:41
Göyçayda kişi evində ölü tapıldı

Göyçayda kişi evində ölü tapıldı

3 iyun 2025 , 09:37
Qaxda gənc oğlanı ilan sancdı

Qaxda gənc oğlanı ilan sancdı

3 iyun 2025 , 09:29
Abşeronda məktəblilər arasında  DAVA: yaralanan var

Abşeronda məktəblilər arasında DAVA: yaralanan var

2 iyun 2025 , 23:31
Sumqayıtda 3 maşın TOQQUŞDU:  yaralılar var

Sumqayıtda 3 maşın TOQQUŞDU: yaralılar var

2 iyun 2025 , 23:02
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

2 iyun 2025 , 22:43
Goranboyda "BMW"  alışıb yandı

Goranboyda "BMW" alışıb yandı

2 iyun 2025 , 20:28