Artıq 1 ildən çoxdur bir qrup saxta plastik cərrahla bağlı müraciət daxil olub, ilkin araşdırmalar aparılıb.
Lent.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, araşdırmalar nəticəsində həmin plastik cərrahların əməllərində cinayət tərkibi yaradan hallar aşkar olunub. Eyni zamanda, saxta plastik cərrahlarla bağlı Baş Prokurorluqla Səhiyyə Nazirliyi arasında İşçi Qrup yaradılıb, Tədbirlər Planı hazırlanıb.
“Bu məsələ son 1 aydır Qənirə Ataşın jurnalist araşdırması kimi təqdim olunur. Amma bu işlərlə bağlı 1 ildir araşdırma aparılıb. Hər bir şəxslə bağlı fərdi araşdırmalar aparılır. Onların etdiyi cinayət əməlidir və buna qanunvericiliyin tələbinə uyğun cavab veriləcək”, - nazir əlavə edib./APA