“Forbes”in məlumatına görə, “Red Bull”un hollandiyalı pilotu Maks Verstappen ötən mövsüm 75 milyon dollar qazanaraq ən çox qazanan “Formula-1” sürücüsü olub.
Lent.az-ın xəbərinə görə, siyahıda ikinci yeri fərdi sürücülər sıralamasında yeddinci olan “Mercedes” komandasının pilotu Lyuis Həmilton tutub. Böyük Britaniyadan olan yeddiqat dünya çempionu ilin sonunda 57 milyon dollar qazanıb.
İlk üçlüyü digər britaniyalı, “McLaren”dən Lando Norris tamamlayıb, o, mövsümü fərdi sıralamada ikinci yerdə başa vurub və mövsüm ərzində 35 milyon dollar qazanıb.
Reytinqin ilk 5-liyinə həmçinin “Aston Martin” komandasının sürücüsü Fernando Alonso (27,5 milyon) və “Ferrari”dən Şarl Lekler (27 milyon) daxil olub.
Sonrakı yerləri Corc Rassel (“Mercedes”, 23 milyon), Oskar Piastri (“McLaren”, 22 milyon), Serxio Peres (“Red Bull”, 19,5 milyon), Karlos Sayns (“Ferrari”, 19 milyon) və Pyer Qasli (“Alpin”, 12 milyon) tutur.
Ümumilikdə, ən çox qazanan 10 “Formula-1”! sürücüsü 2024-cü ildə təxminən 317 milyon dollar qazanıb. Bu da 2023-cü ildəki 258 milyon dollardan 23 faiz çoxdur ki, bu da “Forbes”in “Formula-1” reytinqinin dörd illik tarixində ən yaxşısıdır.