İsveçrədə əgər zibil atacaqsınızsa bunun üçün ən az 2-4 dollar ödəməlisiniz.
Lent.az xəbər verir ki, bu ölkədə 35 kilo (bu isə zibil atmaq üçün qoyulmuş minimal çəkidir) tullantı atmaq üçün bu məbləğ ödənilir.
Zibil atmaq üçün yerli bələdiyyələrdən üzərində xüsusi çəkilər yazılmış sarı rəngli yapışqanlı biletlər alıb zibil torbasını üzərinə yapışdırmaq lazımdır. Üzərində sarı rəngli etiket olmayan zibil torbaları geri qaytarılır və onu atan şəxs tapılaraq cərimələnir. Ödənişsiz zibil torbalarını araşdırmaq üçünsə İsveçrədə xüsusi polis dəstələri fəaliyyət göstərir.