Lotereyada 33 milyon udmuşdu, infarkt keçirib öldü
12 dekabr 2024 12:43 (UTC +04:00)

Lotereyada 33 milyon udmuşdu, infarkt keçirib öldü

Noyabr ayında 202 milyon Braziliya realı (33,5 milyon ABŞ dolları) qazanan braziliyalının diş müalicəsi zamanı qəfil ürəyi dayanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Mato Qrosso ştatının Cuiaba şəhərindən olan 73 yaşlı Antonio Lopez Siqueyra noyabrın 9-da keçirilən milli lotereyada böyük məbləğdə udub. Onun cekpotu ölkə tarixindəki ən böyük 10 cekpot arasında olub. Zəngin oyunçu əvvəlcə dişlərini bərpa etməyə başlayıb.

Kişi bir həftə stomatoloji klinikada olub və sonuncu dəfə dekabrın 4-də, çərşənbə günü orada infarkt keçirib. Hadisə yerinə gələn təcili yardım həkimləri onu xilas edə bilməyiblər. Siqueyra bununla da sadəcə bir aydan az müddətdə multimilyonçu oldu.

Hazırda polis araşdırmalarını davam etdirir və hadisənin konkret nədən baş verdiyini öyrənməyə çalışır. Siqueyranın diş müalicəsi apardığı klinika istintaqla tam əməkdaşlıq etdiyini bildirib. Onlar ölən müştərinin ailəsinə də dəstək olduqlarını bildiriblər.

Lotereya təşkilatçısının dediyinə görə, Siqueyra uzun illər ərzində hər həftə Milli Lotereya biletləri alıb və hər dəfə zarafatla bir gün mütləq qalib gələcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar