Türkiyənin paytaxtı Ankarada fahişəliyə cəlb etməyə qarşı əməliyyatlar keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, polisə qadınların 4 oteldə fahişəliyə cəlb olunması barədə məlumat daxil olub. Keçirilən əməliyyatlar nəticəsində aralarında otel müdirləri və işçilərinin də olduğu 6 şübhəli saxlanılıb. Eyni zamanda 20 zərərçəkən qadın müəyyən olunaraq, xilas edilib.
Cinayət oylağına çevrilən otellərin fəaliyyətinə qadağa qoyulub. Araşdırma aparılır.