“Quran”ı yandırmaq istəyən keşiş adi tamahkar çıxdı
2001-ci il sentyabrın 11-də baş vermiş terror olayının ildönümü ilə bağlı “Quran”ı yandırmağı planlaşdıran floridalı pastor Terri Cons avtomobil hədiyyəsini istəyir. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, o, bu hədiyyə “Quran”ı yandırmaq planından əl çəkməsi qarşılığında belə istəklə çıxış edib.
Məsələ ondadır ki, pastorun planından xəbər tutan və Nyu-Cersidə avtomobil satışı ilə məşğul olan müsəlman Bred Benson yerli radioda reklam çarxı yerləşdirib və söz verib ki, Terri Cons “Quran”ı yandırmaq planından imtina edərsə, ona “Hyundai Accent 2011” markalı minik avtomobili hədiyyə edəcək.
Bred Benson pastorun təmsilçisinin ona zəng açaraq avtomobili artıq götürmək istədiklərini bildirən zaman bir az təəccüblənib. İş adamı xahiş edib ki, ona pastorun sürücülük vəsiqəsinin surəti göndərilsin. Terri Consun sürücülük vəsiqəsinin sürəti göndərilib.
Terri Cons özü agentliyə açıqlamasında deyib ki, “Quran”ı yandırmaq planından Bred Bensonun avtomobil vədinə görə imtina etməyib, hədiyyə vədindən qalmaqaldan bir neçə həftə sonra xəbər tutub.
Əvvəlcə “Hyundai Accent 2011” markalı avtomobil vəd edən Bred Benson isə indi pastora “Xende” markalı avtomobil hədiyyə etməyə hazırdır. O, siyasətə qarışmaq istəmədiyini də dilə gətirib. Radio dinləyicilərinin əksəriyyəti də Bred Bensonu vədini yerinə yetirməyə çağırıb. Minik avtomobilinin konkret nə vaxt pastora təqdim ediləcəyi barədə açıqlama verilməyib.
Qeyd edək ki, 2007-ci ildə hər ay 60 avtomobil satan Bred Benson hazırda hər ay 600-ə qədər avtomobil satır. “Brad Benson Auto Group” ştatın ən bacarıqlı avtomobil satış şirkəti hesab olunur.

780