Əhmədinejad İranın Konstitusiyasını yazan ayətullahın oğlunu həbs etdirdi
14 oktyabr 2010 18:52 (UTC +04:00)

Əhmədinejad İranın Konstitusiyasını yazan ayətullahın oğlunu həbs etdirdi

İranda ən ali dövlət orqanlarından olan, prezidentliyə və deputatlığa namizədlərin seçkiyə buraxılıb-buraxılmaması ilə bağlı son qərarı verən Ağsaqqallar Şurasının (Xobreqan) üzvü, ayətullah Əbulqasım Xəzalinin oğlu Mehdi Xəzali həbs edilib.

Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Mehdi Xəzali ötən gecə həbs olunub.

Mehdi Xəzali İran rejiminə qarşı təbliğat aparmaqda, yalan məlumatlar yaymaqda günahlandırılır. Son illər Mehdi Xəzali öz bloqunda birmənalı olaraq İran prezidenti Mahmud Əhmədinejadı tənqid edib. O, İran prezidentinin yəhudi olduğunu, ancaq öz soyadını dəyişdiyini iddia edib.

Qeyd edək ki, ayətullah Əbülqasım Xəzali İran İslam Respublikasının Konstitusiyasının müəlliflərindən biridir. Hazırda o, Xobreqanın üzvüdür. Bundan əvvəl isə İran Konstitusiya Nəzarət Şurasının üzvü olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar