Latviyada kişi qıtlığı yaranıb
14 oktyabr 2010 14:47 (UTC +04:00)

Latviyada kişi qıtlığı yaranıb

Lent.az-ın Latviya mətbuatına istinadən verdiyi məlumata görə, ölkədə oğlan uşaqlarının doğum səviyyəsi qızlardan yüksək olsa da, kişi qıtlığı aradan qalxmır.

Kişilərin orta ömrünün qadınlardan az olması yetkin qadınların sayının kişilərdən 8 faiz çox olmasına gətirib çıxarıb.

Paytaxt Riqadakı Latviya Universitetində cinsiyyətlər arasında bərabərsizlik açıq görünür. Sosioloq Baiba Bela qız tələbələrin sayının oğlan tələbələrdən 50 faiz çox olduğunu bildirib. Buna görə də qızların təhsil səviyyələrinə uyğun kişi tapmaları da problemə çevrilib. Sosioloq qeyd edib ki, qızlar evlənmə çağlarına gələn zaman bu yaşdakı oğlanların daha erkən ölmələri və intihar etmələri səbəblərindən kişi tapmaqda çətinlik çəkirlər. Kişilərin orta ömrü qadınlardan 11 il azdır. Ölkədə intiharın səviyyəsi isə 16 faizə çatıb və bu, Avropa Birliyi ölkələri arasında ən yüksək göstəricidir.

Psixoloq Ansis Stabingis hesab edir ki, 20 il əvvəl müstəqillik qazanan Latviyada kapitalizm quruluşuna, açıq bazar iqtisadiyyatına keçid iqtisadi sahədə kişilərin üzərində böyük yük düşməsinə səbəb olub. İşsizlik 20 faizə çatıb. Böyük gözləntilər qarşılığında iqtisadi şəraitlə ayaqlaşa bilməyən və depressiya keçirən kişilər isə intiharı bir yol kimi seçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar