70 gün yer altında qalan şaxtaçılar xilas edildi
14 oktyabr 2010 11:55 (UTC +04:00)

70 gün yer altında qalan şaxtaçılar xilas edildi

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, sonuncu olaraq şaxtadan ən yaşlı şaxtaçı Luis Ursua çıxarılıb.

Oktyabrın 13-də səhər saat 6-da başlayan xilasetmə əməliyyatı zamanı ilkin olaraq 31 yaşlı Florensio Avalos çıxarılıb və xəstəxanaya aparılıb.

32 nəfəri Çili, 1 nəfəri Boliviya vətəndaşı olan şaxtaçıların taleyindən uzun müddət xəbər olmayıb, yalnız avqustun 22-də onlarla əlaqə yaradılıb. Şaxtaçılara ərzaq, su və tibbi ləvazimatlar çatdırılıb, ikitərəfli videoəlaqə qurulub.

Xilasetmə əməliyyatını Çili prezidenti Sebastyan Pinera və 1,5 min jurnalist izləyib. Oktyabrın 13-də səhər saatlarında Boliviya prezidenti Evo Morales də boliviyalı şaxtaçı Karlos Mamani ilə görüşmək üçün Çiliyə gəlib.

Xilasetmə əməliyyatı başlayan zaman əməliyyata rəhbərlik edən şəxs deyib ki, onları dekabrın sonlarında çıxarmaq mümkün olacaq. Ancaq xüsusi qurğunun aşağı enməsi üçün şəraitin yaradılması prosesi oktyabrın 9-da yekunlaşıb və oktyabrın 13-də şaxtaçıların çıxarılmasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar