İran yenə «casus» tutub
Bununla bağlı problemləri isə ölkə rəsmiləri çeşidli bəlağətli çıxışlarla ört-basdır etməyə çalışır. Ancaq gerçəkliklər bu bəyanatları təkzib edir. Əslində mövcud durumu gizlətməklə hakimiyyət ölkə vətəndaşlarından uzaqlaşır, İran əhalisində onlara qarşı etimadsızlıq güclənir. Çünki mövcud durumun ağırlığını etiraf edib, ondan çıxış yollarını ümumi şəkildə müzakirəyə çıxarmaqdansa, onu xalqdan gizlədir.
Baş verənlərdən çıxış yolunu isə Tehran hakimiyyəti ölkəyə gələn hər kəsi, eləcə də mövcud duruma etiraz edənləri «casus» və «düşmən ünsür» elan etməkdə görür.
Lent.az-ın «Mignyus»a istinadən məlumatına görə, Tehranın baş prokuroru Abbas Cəfəri - Dövlətabadi deyib ki, beş nəfər «düşmən dövlətin xeyrinə casusluq etməkdə» şübhəli bilinərək, tutulub.
Onun sözlərinə görə, həmin «casuslar» İranla bağlı «gizli xəbərləri», o cümlədən ölkənin kosmik proqramını, habelə iqtisadiyyatı və müdafiə sahəsindəki vəziyyəti «düşmən düşərgəyə» ötürürmüş.
Prokuror bildirib ki, tutulan casuslara qanunsuz məlumat toplamaqda ABŞ yardım edirmiş.
Sədrəddin Soltan

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
18 iyun 2025 , 16:59
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
18 iyun 2025 , 16:28
Lukaşenko Belarusdakı aclıqdan DANIŞDI
18 iyun 2025 , 13:48
Putinin keçmiş həyat yoldaşı sanksiya siyahısında
18 iyun 2025 , 13:03
Pezeşkian bütün nazirləri topladı – CİDDİ MÜZAKİRƏ -FOTOLENT
18 iyun 2025 , 10:47
İsraildə müasir raketlər əleyhinə əhalini belə qorudular – İLK DƏFƏ
18 iyun 2025 , 10:14
Tramp TikTok-un bloklanmasını təxirə saldı
18 iyun 2025 , 05:45