2 ay yerin altında qalan 33 şaxtaçı xilas edilir
Çilidə Saq-Xose şaxtasında 2 ay əvvəl, avqustun 5-də baş verən qəzadan sonra yerin altında qalan və hələ də sağ olan 33 şaxtaçının xilasedilməsi əməliyyatı bu gün səhər saatlarında başlayıb. Lent.az-ın verdiyi məlumata görə, “CNN” telekanalı əməliyyatı canlı olaraq yayımlayır.
İlkin olaraq bir nəfərin yerləşə bildiyi xüsusi kapsul vasitəsilə 31 yaşlı Florensio Avalos çıxarılıb və xəstəxanaya aparılıb.
33 şaxtaçının hamısının çıxarılması üçün 36 saat vaxt lazımdır. Şaxtaçılar 700 metr dərinlikdədirlər. Qəzadan sonra onların taleyindən uzun müddət xəbər olmayıb, yalnız avqustun 22-də şaxtaçılar tapılıb. Şaxtaçılara ərzaq, su və tibbi ləvazimatlar çatdırılıb, ikitərəfli videoəlaqə qurulub.
Xilasetmə əməliyyatı başlayan zaman əməliyyata rəhbərlik edən şəxs deyib ki, onları dekabrın sonlarında çıxarmaq mümkün olacaq. Ancaq xüsusi qurğunun aşağı enməsi üçün şəraitin yaradılması prosesi oktyabrın 9-da yekunlaşıb və bu gün şaxtaçıların çıxarılmasına başlanılıb.

Oxşar yazılar

"Çelsi" klublararası dünya çempionatının YARIMFİNLINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38