ŞOK! Atatürkün yaxtasında fahişələrlə əylənənlərdən biri nazir olub!
12 oktyabr 2010 11:10 (UTC +04:00)

ŞOK! Atatürkün yaxtasında fahişələrlə əylənənlərdən biri nazir olub!

Atatürkün bir zamanlar istifadə etdiyi “Savarona” yaxtasında təşkil edilən fahişəxanada Türkiyə polisi tərəfindən saxlanılan şəxslərdən biri Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev olub. Lent.az-ın “Reqnum” agentliyinə istinadən verdiyi məlumata görə, bu şok gerçəyi Qazaxıstanın “geork.tv” saytı üzə çıxarıb.

Qazaxıstan Xarici İşlər Nazirliyindəki yüksək səlahiyyətli bir şəxs bu barədə sayta məlumat ötürüb. “Reqnum” agentliyi də rəsmi sorğu əsasında müəyyən edib ki, həmin vaxt Kanat Saudabayev ölkədə deyil, xaricdə olub.


“Savarona” yaxtasında keçirilən əməliyyatdan sonra Ankara Qazaxıstanla münasibətlərin korlanmaması üçün olayı məxfi saxlamağa qərar verib. Diplomatik pasportuna görə saxlanılmaqdan qurtulan xarici işlər naziri xüsusi təyyarə ilə Astanaya yola salınıb. Qazaxıstan xarici işlər naziri ilə birlikdə yaxtada hakimiyyətdəki Nur Otan Partiyasının üzvü, baş nazirin məsləhətçisi Bircan Murtataliyev də həmin təyyarə ilə Qazaxıstana yollanıb. Türkiyə hökuməti polisə bu barədə ictimaiyyətə məlumat sızdırmamağı tapşırıb. Ancaq cidanı çuvalda gizlətmək mümkün olmayıb...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar