HƏMAS liderinin ölümünün təşkilatçılarından biri tutulub
11 oktyabr 2010 20:02 (UTC +04:00)

HƏMAS liderinin ölümünün təşkilatçılarından biri tutulub

2010-cu il yanvarın 10-da Dubayda öldürülən HƏMAS Hərəkatının liderlərindən olan Mahmud əl-Mabxuxun qətlinin təşkilatçılarından biri saxlanılıb.

Lent.az-ın Ərəb Əmirliyində nəşr olunan “The National” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Dubay polisinin rəisi Daxi Tamim məlumat verib.

O, həmin şəxsin Qərb ölkələrindən birində saxlanıldığını söyləyib. Ancaq həmin Qərb ölkəsinin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri bu barədə məlumatın hələ detallı olaraq açıqlanmamasını istəyib.

Qeyd edək ki, Mahmud əl-Mabxux İzzedin əl-Kassam briqadasının qurucusu və lideri olub. “İnterpol”un məlumatına görə, Dubayda otelə onu qətlə yetirən insanlar İrlandyia, Fransa, Avstraliya və Böyük Britaniya pasportlarından istifadə ediblər. Qatillər HAMAS rəsmisini qətlə yetirəndən sonra 24 saat ərzində Birləşmiş Ərəb Əmirliklərini tərk ediblər.

Dubay polisi Mahmud əl-Mabxuxun qətlində İsrailin xüsusi kəşfiyyat orqanı MOSSAD-ı günahlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar