Livanda islam inqilabı olacaq!
“Hizbullah” Hərəkatı gələn həftə Livanda islam inqilabını həyata keçirməyə hazırlaşır.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə Küveytin “Əl-Rai” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, “Hizbullah” Livan hökumətində struktur dəyişiklik planını işə salacaq. İlk növbədə hökumətin tərkibindən hazırkı sünni baş nazir Saad Hərinin qrupunun çıxarılması məsələsi gündəmdədir.
“Əl-Rai” qəzeti qeyd edir ki, hazırda siyasi durumun kövrək olduğu Livana bu günlərdə İran prezidenti Mahmud Əhmədinejad səfər edəcək. “Hizbullah” bu hadisədən ölkənin hər yerində minlərlə üzvünü küçələrə çıxarmaq və gücünü nümayiş etdirmək üçün istifadə edəcək. “Hizbullah”ın radikal addım atmağa hazırlaşmasının əsas səbəbi odur ki, Beynəlxalq Tirbunal Livanın keçmiş baş naziri Rafik Həririnin ölümündə “Hizbullah” və Suriyanın əlinin olduğunu israrla bəyanlamaqdadır. “Hizbullah” isə Livan daxilində Beynəlxalq Tribunalı gözdən salmaq yönündə uğurlu təbliğat aparıb və yalançı şahidlərdən istifadə edildiyini vurğulayıb.
Livanın hazırkı baş naziri Saad Həriri də pat vəziyyətindədir. Əgər “Hizbullah”a qarşı addım atarsa, bu, yeni vətəndaş müharibəsinin başlanğıcı olar. “Hizbullah”ın lehinə davranacağı halda isə siyasi intihara qol qoyması demək olacaq, çünki onu “Hizbullah”a nifrət edən insanlar hakimiyyətə gətirib.
İran prezidenti Mahmud Əhmədinejad isə Livana səfəri çərçivəsində “Hizbullah”ın sonuncu dəfə İsrailə qarşı uğurla müqavimət göstərdiyi yerlərdə –Cənubi Livanda olacaq. Mahmud Əhmədinejad Marun-a-Ras kəndində uşaq bağçasının təməlini atacaq, eyni zamanda İsrail istiqamətə daş atacaq. O, bununla da İranın İsrailə nifrətini ortaya qoyacaq.

Oxşar yazılar

Putinin keçmiş həyat yoldaşı sanksiya siyahısında
18 iyun 2025 , 13:03
Pezeşkian bütün nazirləri topladı – CİDDİ MÜZAKİRƏ -FOTOLENT
18 iyun 2025 , 10:47
İsraildə müasir raketlər əleyhinə əhalini belə qorudular – İLK DƏFƏ
18 iyun 2025 , 10:14
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
18 iyun 2025 , 09:37
Tramp TikTok-un bloklanmasını təxirə saldı
18 iyun 2025 , 05:45
İsrail Tehran ətrafında hücum əməliyyatına başladı
18 iyun 2025 , 03:58
Əhmədinejat öldürülüb? - Ofisi məlumat yaydı
17 iyun 2025 , 23:38