Mesxet türkləri Gürcüstana gələn ilin yanvarında qayıdacaq
11 oktyabr 2010 11:00 (UTC +04:00)

Mesxet türkləri Gürcüstana gələn ilin yanvarında qayıdacaq

Lent.az “Azərtac”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze deyib.


Onun sözlərinə görə, mesxet türkləri ilə əlaqədar qəbul edilmiş “Repatriasiya barədə qanun” artıq işə düşür. Onların Gürcüstana köçürülməsi prosesinə 2011-ci ilin yanvar ayından başlanacaq. İşğal Olunmuş Bölgələrdən Güclə Yerlərini Dəyişmiş Şəxslərin Yerləşdirilməsi və Qaçqınlar Nazirliyinə repatriant statusu almaq üçün ərizə ilə müraciət edən mesxet türkləri Gürcüstana qayıtmaq imkanı əldə edərək yaşayış yerlərini özləri seçəcəklər. Nazir müavinin sözlərinə görə, mesxet türklərinin Gürcüstana köçürülməsini Gürcüstan dövləti maliyyələşdirməyəcək. Repatriantlar yaşayış evlərini öz hesablarına alacaqlar.



Repatriantlara beynəlxalq dəstək fondunun rəhbəri Teymuraz Lomsadzenin verdiyi məlumatda bildirilir ki, indiyədək Gürcüstana qayıtmaq niyyətində olanların sayı yeddi min nəfərə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar