Qırğızıstanda 70 santimetrlik bülletendən 4 partiyanın adı çıxıb
Bazar günü Qırğızıstanda keçirilən seçkilərdə sabiq baş nazir və sabiq spikerin partiyaları parlamentdə təmsilçilik hüququ qazanıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bülletenlərin 62 faizi sayıldıqdan sonra ən çox səsi müxalifətdəki Ata-Jurt Partiyasının topladığı elan edilib.
Qırğızıstanda sabiq baş nazir Feliks Kulovun başçılıq etdiyi sosial-demokrat yönümlü Ar-Namus Partiyası, sabiq baş nazir Omurbəy Babanovun Respublika Partiyası və parlamentin keçmiş spikeri Omurbəy Tekebəyovun ATA Meken Partiyasını da parlamentə düşmüş hesab etmək olar.
Digər partiyalar seçicilərin 0,5 faizindən azının səsini qazanıb. Yerdə qalan 38 faiz bülletenin sayılmasından sonra da nəticələrdə ciddi dəyişiklik gözlənilmir. Ümumiyyətlə, parlament seçkilərində 29 partiya mübarizə aparıb. 120 yerlik parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri aşmaq və respublikanın 7 vilayətinin hər birində, o cümlədən Oş və Bişkek şəhərində qeydiyyatda olan seçicilərin ən azı 0,5 faizinin səsini toplamaq tələb olunub.
Seçici bülletenlərinin uzunluğu 70 santimetr olub, qırğız və rus dillərində çap edilib.

Oxşar yazılar

Putinin keçmiş həyat yoldaşı sanksiya siyahısında
18 iyun 2025 , 13:03
Pezeşkian bütün nazirləri topladı – CİDDİ MÜZAKİRƏ -FOTOLENT
18 iyun 2025 , 10:47
İsraildə müasir raketlər əleyhinə əhalini belə qorudular – İLK DƏFƏ
18 iyun 2025 , 10:14
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
18 iyun 2025 , 09:37
Tramp TikTok-un bloklanmasını təxirə saldı
18 iyun 2025 , 05:45
İsrail Tehran ətrafında hücum əməliyyatına başladı
18 iyun 2025 , 03:58
Əhmədinejat öldürülüb? - Ofisi məlumat yaydı
17 iyun 2025 , 23:38