Rusiya İrana pul qaytarmağa hazırlaşır
07 oktyabr 2010 20:44 (UTC +04:00)

Rusiya İrana pul qaytarmağa hazırlaşır

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, «Rostexnologiya»-nın başçısı Sergey Çemezov jurnalistlərə müsahibəsində deyib ki, müqavilənin pozulması ilə bağlı İrana kompensasiya verilməsi istiqamətində danışıqlar gedir.

Qeyd edək, 1 milyard dollara yaxın dəyəri olan bu müqavilə 2007-ci ildə imzalanıb. Bu il sentyabrın 22-də Rusiya prezidenti BMT Təhlükəsizlik Şurasının 4-cü qətnaməsindən irəli gələn tədbirlər çərçivəsində İrana C-300 raket kompleksini, zirehli texnika, hərbi döyüş təyyarələri, vertolyot, gəmilərin satılmaması barədə fərman verib.

Çemezovun sözlərinə görə, hazırda xərclərin ödənilməsi ilə bağlı danışıqlar aparılır.

C-300 zenit raket kompleksi orta radiusla 100 km-dək məsafədən 100 hədəfi izləyə bilir, 12 qədər hədəfi məhv etmək qabiliyyətinə malikdir.

Bu sistem 1979-cu ildə keçmiş SSRİ-nin silahları sırasına daxil edilib. Bu kompleks iri sənaye və dövlət obyektlərini kosmik-hava hücumundan qorumaq üçün təyin olunub.

C-300 6-75 km-lik məsafədə uçan təyyarələri, 6-40 km məsafədə qanadlı və ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir.

Onun C-300V, C-300PMU, C-300PMU-1 quruluşları var.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar