Siğə problemi Tehranın gündəmində
Başqa sözlə, iş tapa bilməyən, ailə qurmağa pul olmayan və s. sosial problemlərin məngənəsində ilişib qalan gəncliyin bir hissəsi narkotik maddələrin aludəsinə çevrilir.
Bu azmış kimi, ölkədə 30 ildir başqa bir sosial problem də yaşanır – seksual tələbatın ödənilməsi. Hələ bir neçə il öncə, Rəfsəncaninin prezidentliyi dönəmində «Məhəbbət evləri»nin yaranması ilə bağlı məsələ gündəliyə çıxarılmışdı. Amma bir çoxları bunun «islam cəmiyyətinə yaraşmadığını» əsas gətirib, problemin həllindən vaz keçməyə, yaxud onu müvəqqəti dondurmağa üstünlük verdi.
Son günlər İranda siğə məsələsi yenidən gündəliyə çıxarılıb.
Lent.az-ın «azadtribun»a istinadən məlumatına əsasən, İran hakimiyyətinin islahatçı qanadına bağlı «çeres» saytı bildirib ki, İranın alış-veriş bazarında siğə olunan qadınlarla bağlı yeni üsullar meydan çıxıb. Tehranın Punək, Vənək, Səadətabad, eləcə də qərb hissəsindəki yaşayış məntəqələrində pizza qutularının üstünə siğə mərkəzləri, hətta siğə olunmaq istəyən qadınların telefon nömrələri yazılıb.
İran İslam Respublikasındakı siğə «mütəxəssislərinin» qənaətincə, belə təbliğat üsulunun çox yaxşı nəticəsi ola bilər. «Mütəxəssislər» bu təbliğatı belə izah ediblər: «Pizzaya tünd ədviyyatlar qatılır, bu isə onu yeyib doyan kişilərin könlünə qadınları salır».
Xatırladaq ki, bu il avqustun sonunda İran parlamentində müvəqqəti evliliyin (siğə) rəsmən sənədləşdirilməsi, yəni siğənin daimi nikah kimi dövlət qeydiyyatına alınması haqda təklif səsə qoyulub. Bu məsələ parlamentə deputat Seyid Məhəmmədcavad Əbthinin təşəbbüsü ilə çıxarılıb. Təklifdə daimi evlilik barədə nikah sənədlərindən «daimi» sözünün çıxarılması da irəli sürülüb. Səsvermədə iştirak edən 206 deputatdan 45-i lehinə, 122-si əleyhinə səs verib. 24 deputat tərəfsiz olub. Bununla da təklif qəbul edilməyib.
Təklifə qarşı çıxanların əsas arqumenti bu olub ki, siğənin dövlət qeydiyyatına alınması ailəlilər üçün sərfəli deyil, bunun xoşagəlməz nəticələri ola bilər.
Müvəqqəti evliliyin dövlət qeydiyyatına alınmasının əleyhinə çıxış edən deputat Mustafa Kəvakibian siğənin zinadan yaxşı olduğunu deyib: «Qurani-Kərimdə müvəqqəti evlilik təkid edilib. Biz siğəni düzgün həyata keçirə bilsək, bu, zinadan yaxşı olar. Lakin bunun sənədləşdirilməsi məsələsinə gəlincə, deməliyəm ki, ağrımayan başa dəsmal bağlamazlar. Biz siğəni sənədləşdirməklə öz əlimizlə şəhvətpərəst, ehtiraslı və imkanlı kişiləri müvəqqəti evliliyə getməyə təşviq etmiş oluruq”.
Siğənin cəmiyyətdə yaxşı qarşılanmayacağından ehtiyatlandığını deyən İran parlamentinin başqa bir üzvü Mehdi Kiçikzadə bir sıra din xadimlərinin siğə ilə bağlı risalələrindən örnəklər göstərərək, məsələni çox mürəkkəbləşdirməyə ehtiyac olmadığını vurğulayıb: «Siğədə məqsəd çox sadədir. Bəzi cənablar utanıb deməsələr də, bildirməliyəm ki, siğə - tərəf müqabildən ləzzət və həzz almaq üçündür. Bunu deməkdən də utanmıram”.
Təklifi dəstəkləyən Zöhrə İlahian isə deyib ki, müvəqqəti evliliyin dövlət qeydiyyatına alınması kişilərin qadınlardan sui-istifadə etməsinin qarşısını ala bilər: «Belə evliliyin qeydiyyata alınmaması kişilərə məsuliyyətdən boyun qaçırmaq və hər şeyi inkar etmək imkanı yaradır. Bu isə siğə nəticəsində doğulan uşağın atasının kimliyini müəyyənləşdirməyi problemə çevirir».
Sədrəddin Soltan

1442