Fətullah Güləndən şok açıqlama
Nurçuların lideri İsrailin icazəsi olmadan Qəzzaya yardım aparılmasını qınadı
Nurçuların ABŞ-da yaşayan lideri Fətullah Gülən İsrail ordusunun Ağ dənizdə Qəzza sektoruna humanitar yardım aparan gəmi karvanına İsrail ordusunun hücumuna və 9 nəfərin həlak olmasına münasibət bildirib.
Lent.az-ın verdiyi məlumata görə, Fətullah Gülən “Wall Street Journal”a vediyi müsahibəsində İsrailin icazəsi olmadan Qəzzaya humanitar yardım aparılmasını tənqid edib. Fətullah Gülən deyib ki, ortaya çıxan mənzərə xoş deyil: "Bunlar çox çirkin şeylərdir. Bu işin təşkilatçıları Qəzzaya yardım aparmazdan əvvəl İsraillə anlaşma yolunu seçməli idilər və faydalı nəticə olmayacaq şəkildə avtoritetə baş qaldırmamalı idilər”.
Nurçuların lideri Qəzzaya humanitar yardım aparılmasına təşkilatçılıq edən qurumlardan olan İnsani Yardım Dərnəyinin adını da az əvvəl eşitdiyini və bu qurumun siyasi məqsəd güdüb-güdmədiyini söyləməkdə çətinlik çəkdiyini dilə gətirib. O bildirib i, nurçu hərəkatına bağlı olan dərnəklərə Qəzzaya humanitar yardım aparmaq üçün İsraildən icazə almağı tapşırıb.
Qeyd edək ki, ABŞ da məsələ ilə bağlı analoji mövqe ortaya qoyub. Fətullah Gülənin mövqeyi ABŞ-dan yalnız baş vermiş olayın araşdırılmasına münasibətlə bağlı olub. Nurçuların lideri bu məsələnin BMT tərəfindən araşdırılmasını istəyib.

Oxşar yazılar

Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36