Əsəd ballistik raketə əl atdı
13 dekabr 2012 11:57 (UTC +04:00)

Əsəd ballistik raketə əl atdı

0
Suriya hakimiyyəti Livanın sabiq baş naziri Səəd əl-Həriri, Livanın Gələcək Uğrunda Hərəkat Partiyasının üzvü və Suriya Azadlıq Ordusunun mətbuat xidmətinin koordinatoru Luai əl-Mikdadın həbsi barədə order verib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, order Səudiyyə Ərəbistanı, Tunis, Əlcəzair, İraq, Küveyt, Sudan və Qətərə göndərilib.

Ancaq bu iki şəxsin həbsi barədə orderin Livya, Yəmən, Misir və Livana göndərilməməsi də diqqət çəkib. Suriya hakimiyyətinin demarşı BƏƏS Partiyasının Səəd əl-Həririni Suriyada gərginliyin artırılması və qətllərdə ittiham etməsindən sonraya təsadüf edib. Livan parlamentinin deputatı Sakra da Suriya Azadlıq Ordusuna silah ötürməkdə ittiham olunur. Ancaq deputat özü bunu təkzib edir.

Xatırladaq ki, Səəd əl-Həriri atası və Livanın sabiq baş naziri Rafiq əl-Həririnin qətlə yetirilməsində əsas şübhələr Suriya xüsusi xidmət orqanları üzərində cəmləşib. BMT ekspertlərinin apardıqları tədqiqatlar da bu şübhələri gücləndirib. Səəd əl-Həriri özü Suriya prezidenti Bəşər Əsədi bədheybət adlandırıb və gec-tez məhkəmə qarşısına çıxacağını söyləyib.

Suriya ordusunun müxaliflərə qarşı artıq “Skad” raketləri tətbiq etdiyi də üzə çıxıb. Bu ballistik raketlər Şimali Koreyadan alınıb, yaxşı radar sisteminə malikdir, 700 kilometrə qədər məsafədəki hədəfi vurur. Qərb kəşfiyyat orqanları “Skad” raketlərinin tətbiqini Bəşər Əsədin Hərbi Hava Qüvvələrinə inamını itirməsi ilə izah edir. Çünki qırıcı təyyarələrdən istifadə imkanları olduğu halda bu raketlərə üstünlük verilməsi sual yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1443

Oxşar yazılar