«İntihar buddizmə yaddır»
12 dekabr 2012 03:48 (UTC +04:00)

«İntihar buddizmə yaddır»

«Karma Kaqyü» tibet buddizm məktəbinin başçısı Trinle Txae Dorce Çin hakimiyyətinin yürütdüyü siyasətə etiraz olaraq, özünü yandıranları qınayıb. O, mənsub olduqları dində güc tətbiqinin buddizm prinsipinə uyğun gəlmədiyini söyləyib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bildirib ki, intihar buddizmə ziddir və bu tibetlilərdə, eləcə də başqa ölkələrin vətəndaşlarında heyrət doğurub.

Mənbənin məlumatına əsasən, «Karma Kaqyü»nin bir çox tərəfdarı Trinle Txae Dorcnin irəli sürdüyü əsas xətti qəbul etmir və onu Pekinə əməkdaşlıqda ittiham edirlər. Bu məktəbə başçılığa ikinci iddiaçı isə Urqen Trinle Dorce sayılır. Dalay Lama onu rəsmi olaraq, tanıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138

Oxşar yazılar