ABŞ kəşfiyyatı: “Orta Şərqin sərhədləri yenidən çəkiləcək”
11 dekabr 2012 10:35 (UTC +04:00)

ABŞ kəşfiyyatı: “Orta Şərqin sərhədləri yenidən çəkiləcək”

ABŞ-da kəşfiyyat qurumlarını özündə birləşdirən Milli Kəşfiyyat Şurası 5 ildən bir hazırlanan və dünyanın gələcəyi ilə bağlı ssenarilərin yer aldığı hesabatı açıqlayıb.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, “Qlobal Dəyişikliklər 2030: Alternativ dünyalar” adlı hesabatda daha çox Türkiyə və Çinlə bağlı proqnozlar diqqət çəkir.

ABŞ kəşfiyyat qurumları 2030-cu ilə qədər Türkiyənin yüksəlişini davam etdirəcəyini, bölgə dövləti olaraq qlobal iqtisadiyyat üçün önəmli ölkəyə çevriləcəyini proqnozlaşdırır. Amerikalılar hesab edirlər ki, bölgədə bir kürd dövlətinin yaranması və yüksəlişi isə Türkiyənin bütövlüyünə zərbə olacaq, Orta Şərqin sərhədləri yeni ortaya çıxan kürd dövləti ilə bərabər yenidən çəkiləcək.

Milli Kəşfiyyat Şurasının məsləhətçisi və hesabatın baş yazarı Mathey Burrovs hesab edir ki, bu, mütləq ssenari deyil, amma gerçəkləşəcəyi ehtimalı da az deyil. 2030-cu ilə qədər Türkiyədə əhalinin tərkibində gənclərin xüsusi çəkisinin müəyyən qədər azalacağı, Türkiyəyə Afrika ölkələrindən və Cənubi-Şərqi Asiya ölkələrindən gənclərin miqrasiyası baş verəcək.

ABŞ kəşfiyyat orqanları 2030-cu ilə qədər Çinin ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadi gücünə çevriləcəyini də proqnozlaşdırır. ABŞ Milli Kəşfiyyat Şurası qlobal problemlərin həllində Çinlə birgə hərəkət etməyi tövsiyə edib.

ABŞ Milli Kəşfiyyat Şurası 2030-cu ilə qədər su və enerji qiymətlərinin 50 faizə qədər artacağı, bunun da xüsusən Afrika və Orta Şərq ölkələrində qarşıdurmalara yol açacağı da proqnozlar sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155

Oxşar yazılar