Misirdə müxaliflərə atəş açıldı: 16 yaralı
11 dekabr 2012 10:31 (UTC +04:00)

Misirdə müxaliflərə atəş açıldı: 16 yaralı

Bu gün səhər Qahirədə naməlum şəxslər müxalifətin iki həftə əvvəl prezident Məhəmməd Mursinin siyasətinə etiraz olaraq “Təhrir” meydanında qurduğu çadır düşərgəsinə hücum çəkib.

Lent.az-ın “Əl-Əhram” qəzetinə istinadən verdiyi məlumata görə, 30-a yaxın şəxs meydan istiqamətindəki küçələrdən aksiyaçılara atəş açıb, yandırıcı maddə dolu butulkalar atıb, daha sonra aradan çıxıblar. Çadır düşərgəsində olan aksiyaçılardan 16 nəfər xəsarət alıb. Həkimlər onların əksəriyyətinə elə yerindəcə yardım göstərib. 5 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onlardan biri başından ağır yara alıb, vəziyyəti ağırdır.

Müxalifət artıq baş verənlərə görə prezident tərəfdarı olan “Müsəlman Qardaşları Hərəkatı”nın məsuliyyət daşıdığını, əsas məqsədin bu gün keçirilməsi planlaşdırılan “Milyonların marşı” aksiyasını pozmaq olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar