Jerar Depardye Belçikaya köçdü
10 dekabr 2012 19:20 (UTC +04:00)

Jerar Depardye Belçikaya köçdü

Lent.az-ın məlumatına görə, Depardye üçün Fransa xaricindəki ölkədə vergi ödəyicisi olmaqdan ötrü noyabrda Belçikada ev satın aldığına dair xəbərlər doğru çıxıb.

Onun yeni evi həmsərhəd Neşin kəndində yerləşir. Xəbəri kənd bələdiyyəsinin sədri də təsdiqləyib. Burada əhalinin 27 faizi sərvət vergisindən qaçan zəngin fransızlardan ibarətdir. Məskunlaşanlar arasında Fransanın ünlü “Auchan” hipermarketlər şəbəkəsinin sahibi Mullyes ailəsi də var.

Frasanın varlı vətəndaşlarının vergi ödəyicisi kimi Belçikaya sığınmalarının 3 əsas səbəbi var. Əsas səbəb Belçikada gəlir vergisinin olmaması və miras vergisinin daha üstün olmasıdır. Varlı fransızlar Belçikaya eyni zamanda fransızca danışan və coğrafi cəhətdən Fransaya yaxın ölkə olduğu üçün üstünlük verirlər. Fransanın ən zəngin iş adamlarından sayılan Bernar Arnolt da sentyabrda Belçika vətəndaşlığını qəbul etmək üçün müraciət edib. Lakin o, müraciətinin vergi məsələləri səbəbindən olmasına dair Fransa mətbuatının yazdıqlarını təkzib edib.

Qeyd edək ki, Fransada əmlakı 1 milyon 300 min avrodan yuxarı olan vətəndaşlarına gəlir vergisi tətbiq edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954

Oxşar yazılar