Berluskoni siyasətə qayıtdığını təsdiqləyib
0
0
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 2013-cü il seçkilərində namizədliyini irəli sürəcəyini təsdiqləyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, bildirib ki, vətəni qarşısında məsuliyyət hissi daşıdığından siyasət meydanına qayıdır.
Onun bu bəyanatı gözlənilməz olmayıb. Çünki İtaliya mətbuatı Berluskoninin gələn keçiriləcək seçkidə iştirakı ilə bağlı ehtimalını irəli sürmüşdü. Buna keçmiş baş nazirin söylədikləri əsas olub.
«İqtisadiyyat çökmək ərəfəsində, işsizlərin sayı bir milyon çoxalıb, borclar artır, vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşür, vergi dözülməz dərəcədə yüklənir. Mən ölkəmin sonsuzluğa qədər tənəzzülə uğramasına imkan vermərəm»- deyə, Mario Monti hökumətini tənqid edərkən, o, demişdi.