Müxalifət hava limanı yoluna yenə  nəzarət edir
08 dekabr 2012 07:09 (UTC +04:00)

Müxalifət hava limanı yoluna yenə nəzarət edir

Dəməşqin beynəlxalq hava limanına gedən yollar Suriya müxalifətinin nəzarətindədir.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumata görə, onların İsrail televiziyası ilə yayılan bəyanatında bu haqda açıqlama verilib.

Müxalifət mülki şəxsləri hava limanı ərazisinə girməməyə çağırıb. Uyğun xəbərdarlıq Dəməşqə enən beynəlxalq hava yolu şirkətlərinə də edilib.

Xatırladaq ki, hələ ötən həftə Misir və Dubayın hava yolları şirkətləri Dəməşqə uçuşları dayandırıb. Onda müxalifətin hava limanına gedən yolu ələ keçirdikləri barədə xəbərlər yayılmışdı. Ancaq bir gün sonra hakimiyyət oraları geri qaytardığını bəyan etdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977

Oxşar yazılar