Müxalifət prezidentlə danışıqdan imtina edib
07 dekabr 2012 21:11 (UTC +04:00)

Müxalifət prezidentlə danışıqdan imtina edib

Ötən gün Misir prezidenti Məhəmməd Mursi müraciətində müxalifəti danışıqlara dəvət etmişdi.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Misir Milli Qurtuluş Cəbhəsinin lideri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Məhəmməd əl-Baradey bu danışıqların baş tutmayacağını bildirib.

Müxalifətin başqa bir tanınmış fiquru, Ərəb Dövlətləri Liqasını keçmiş başçısı Əmr Musa isə deyib ki, prezident tərəfindən yeni Ana Yasa layihəsi ilə bağlı dekabrın 15 -ə təyin olunmuş referendum təxirə salınmalıdır.

Qahirədə müxalifət tərəfdarları yeni etiraz aksiyası keçirməyi planlaşdırır.
Mənbənin məlumatına əsasən, İsgəndəriyyə məscidinin yaxınlığında Mursi tərəfdarları ilə müxalifətçilər arasında toqquşma baş verib.

Ötən gün keçirilən etiraz çıxışı zamanı 5 aksiyaçı həlak olub, 600 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar